“Tuğ kəndinin bərpa konsepsiyası hazırlanır” – Dövlət başçısıbackend

“Tuğ kəndinin bərpa konsepsiyası hazırlanır” - Dövlət başçısı

Xocavənd rayonunun Tuğ kəndinin bərpa konsepsiyası hazırlanır.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olarkən bildirib.

Dövlət başçısı deyib ki, Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır və o, sonra təqdim olunacaq. Prezident İlham Əliyev kənddəki tarixi binaların hamısının konservasiya olunacağını da diqqətə çatdırıb: “Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*