Tural Abbaslı: “Azəriqaz”ın yeni rəhbərliyi başına nə batırsa, onu da edirbackend

Tural Abbaslı: “Azəriqaz”ın yeni rəhbərliyi başına nə batırsa, onu da edir

Son günlər maye qazın verilməsində və hesablanmasında müəyyən problemlər yaranıb. Belə ki, bəzi abunəçilər qazdan istifadəyə görə yazılan borcların çox olması ilə bağlı iddialar səsləndirirlər. Bundan əlavə, sosial şəbəkələrdə qazın verilişində məhdudiyyətlərin çox olması ilə bağlı şikayətlər də az deyil.

Maye qazın verlişində və hesablanmaların aparılmasında yaranan problemlərlə bağlı KONKRET.az-a fikirlərini bölüşən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, hər il qış aylarında qazın verilməsi və hesablanması ilə bağlı problemlər ortaya çıxır: “Bir çox iddialar var idi ki, qaz əvəzinə abonentlərə hava verilir. Yaxud da qaz pulu çox hesablanır. Bu ildən bir çox yerlərdə smart sayğaclar sökülür. Yerinə mexaniki sayğaclar quraşdırılır. Əlbəttə ki, bu da insanlarda sual yaradır ki, biz niyə geriyə gedirik. Əslində smart sayğaclar daha rahat və dəqiqdir. Karta ödənişini edirsən, ağıllı sayğac da qazını buraxır, işlədirsən. Mexaniki sayğacda belə deyil. Biri gəlir, çekini yazır, ödəyirsən. Bu sayğacların xərci də çoxdur. Hesablama dəqiqliyi də yoxdur. Çox güman ki, kimlərsə yenidən sayğaclaşdırma prosesindən nələrsə əldə etmə istəyir, həm də xalqın cibinə girərək pul oğurlamaq niyyətindədir. Çünki mexaniki sayğacların dəqiqliyi və hesablama məsələsi primitivdir”.

Partiya sədri vurğulayıb ki, ümumilikdə qazın satışı ilə məğul olan insanlar öz işlərinin öhdəsindən gələ bilmirlər: “Bir çox hallarda dəm qazından zəhərlənmə halları baş verir. Bunun da səbəbi “qazın təzyiqi azdır” deyə qoruyucu mexanizmləri sıradan çıxarırlar. Qoruyucu mexanizmi də olmayanda dəm qazından zəhərlənmə və qaz sızmadan həlak olmalar baş verir. Eyni ilə dünən Xırdalanda baş verən hadisə kimi. Qazın satışı ilə məşğul olan idarələrin məsuliyyəti tək işi sayğac qoymaqla bitmir, həm də vətəndaşların təhlükəsizliyini də təmin etməkdir. Ümumiyyətlə, bu sahədə problemlər çoxdur. Qaz pulunun yığılması, hesablanması kimi məsələlərə kompleks yanaşma olmalıdır və bu problem birdəfəlik həll edilməldir”.

Tural Abbaslı qeyd edib ki, “Azəriqaz”ın yeni rəhbərliyi gələndən özünün başına nə batırsa, onu da edir: “Artıq bununla bağlı konsepsiyalı yanaşma lazımdır. Təhlükəsizlik mexanizmləri, şərtləri, satış qaydaları və abunəçi ilə müqavilələrin imzalanma qaydası kimi məslələr öz həlllini tapmalıdır. Bizdə müqavilələrin hamısı təktərəflidir. Belə ki, abunəçi qazın pulunu ödəməsə, qazın verilişi dayandırılır.

Lakin qaz idarəsinin qazın təzyiqini lazım olan şəkildə verməsə və yaxud da kəsilsə, problemlər yaranarsa, abunəçi qarşısında öhdəliyi yoxdur. Bütün bu məsələlər hüquqi, texniki və idarəçilik baxımından tənzimlənməlidir. Düşünürəm ki, bu sahədə kifayət qədər boşluqlar var. Bu boşluqlar aradan qaldırılmalıdır. Jurnalistlər bu məsələyə toxunduqda və yaxud da hər hansı hadisə baş verən zaman reaksiyalar verilir. Sabunçu rayonunda keçən ay sayğacları dəyişiblər. İnsanlar deyir ki, bir ayda 120 manat fərq olub. Keçən ay 80 manat yazmışdısa, bu ay 200 manat yazılıb. Bütün bu problemlər ayrılıqda deyil, kompleks şəkildə müzakirə olunaraq həll edilməlidir. Paytaxt adlandırılan Bakı şəhərində hələ də qazın olmaması biabırçılıqdır”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*