Türkiyə Azərbaycan və Gürcüstanla gömrük əməliyyatlarını sadələşdirirbackend

Türkiyə Azərbaycan və Gürcüstanla gömrük əməliyyatlarını sadələşdirir

Türkiyə prezidenti Azərbaycan və Gürcüstanla dəmir yolu marşrutu üzrə gömrük prosedurlarının sadələşdirilməsi haqqında sənədi təsdiqləyib.

KONKRET.az xəbər verir ki, yaxın vaxtlarda Azərbaycan, Türkiyə və Gürcüstan arasında saziş qüvvəyə minəcək və bununla da ölkələr arasında gömrük əməliyyatları sadələşdirilmiş formada aparılacaq. Müvafiq sənədi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiqləyib.

Bildirilir ki, söhbət Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu ilə daşımalardan gedir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Gürcüstan arasında “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük tranzit əməliyyatlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsi haqqında” sazişi təsdiqləyib.

Sənəd üç ölkə tərəfindən 2022-ci ildə Azərbaycanın paytaxtında imzalanıb.

Bu, üç dövlətin ərazisindən keçən dəmir yolu ilə yüklərin daşınması şərtlərini sadələşdirəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*