Türkiyə mətbuatından şok iddia: “ABŞ “QLADİO”nun ƏLİYLƏ HEYDƏR ƏLİYEVİ DEVİRMƏK İSTƏYİRDİ”backend

Türkiyə mətbuatından şok iddia: "ABŞ "QLADİO"nun ƏLİYLƏ HEYDƏR ƏLİYEVİ DEVİRMƏK İSTƏYİRDİ"

ABŞ Xarici işlər naziri Mayk Pompeo deyib ki, “Türkiyənin getdikcə artan hərbi qabiliyyətləri bir əndişə qaynağıdır”.

Demokrat Partiyasının Nyu Cersidən olan senatoru Bob Menendez isə “Co Baydeni ən dağıdıcı aktyor ünvanını almağa çalışan Ərdoğanı durdurmağa çağırıram” dedi.

Göründüyü kimi, respublikaçı və ya demokrat olmasından asılı olmayaraq, ABŞ-da heç bir siyasətçi Türkiyənin öz bölgəsində təsirli olmasını istəmir.

Türkiyənin bu gün Suriyada, Şərqi Aralıq dənizində, Liviyada, ən son Qarabağda təsirli olması, regional və qlobal bir oyunçu kimi siyasət yürütməsi, başda ABŞ olmaqla, qlobalçıları ürküdür. Çünki hər 10 ildən bir öncə çevriliş təşkil etdirməyə, sonra da daxildəki müxalifətə əl uzadaraq “demokratiya”nı qurtarmağa adət etmişdilər.

Bu “qüsurlu həlqə” pozulduğu üçün öfkəlidirlər. Türkiyə o çevrilişlərdən qurtulmasaydı, bu gün nə Suriyada terror dəhlizinin qarşısını ala, nə Aralıq dənizi və Liviyada işğalçılara meydan oxuya, nə də Qarabağda 30 ilik işğala son verən Azərbaycanın arxasında dik dura bilərdi.

Əslində, bu qlobal güclər Azərbaycanın da güclü olmasını istəmirlər. Hələ 1990-cı illərdə ABŞ gözünü Azərbaycana dikmiş, çevrilişlə oranı da nəzarət altına almaq istəmişdi. Həm də 15 iyul çevrilişi və İYİ Partiya ilə əlaqəsinin olması səbəbilə müzakirə edilən Ənvər Altaylı  FETÖ-nün içində olduğu “Qladio” tərəfindən…

“Susurluq qalmaqalı” ilə bağlı olan ilkin hesabatda Kutlu Savaş həmin çevrilişi belə anladırdı: “Eyvaz Göydəmirin qapalı dəstəyi təmin edilərək, Acar Okan və Kamil Yüceoralın Türkiyədən qatılması ilə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov, sabiq baş nazir Sürət Hüseynov,  OMON komandiri Rövşən Cavadov və Elçibəyin iştirakı ilə ediləcək çevriliş Azərbaycandakı türk səlahiyyətli şəxslərindən MİT-in Bakı təmsilçisi Ərtoğrul Güvənin, TİKA-nın məmuru Fərman Dəmirqolun və dini xidmət müşaviri Əbdülqadir Sezginin səhlənkarlığı, xətası və ya tərtibi ilə meydana gəlmişdir…”

Çevrilişdə adı keçən Kamil Yüceoral, Tansu Çillər hökumətində Orta Asiya və xarici türklərdən məsul olan koordinator idi. Lakin onu maraqlı edən nüans qaynatasının SSRİ dağılmadan öncə MKİ-nin Rusiyaya görə məsul olan şəxsi, özbək əsilli ABŞ vətəndaşı olması idi.

Maraqlıdır, bu nöqtədə dövrəyə Abdullah Çatlı və Ənvər Altaylının adları da girir. Yazar Nüsrət Sənəm 2011-ci ildə “Fethullah və Susurluk” kitabında bu əlaqəni belə anladır: “Çevrilişdə rol alan və məsuliyyət daşıyan şəxslərdən biri də Çatlıdır. Ənvər Altaylı onunla yaxın əlaqə içindədir. Ənvər Altaylı, çevrilişin faktiki planlaşdırılmasında, məxfi büdcə pullarının paylaşdırılmasında səlahiyyət sahibidir. Çillərin Xarici türklər koordinatoru olan Kamil Yücəoralla sıx-sıx görüşür.”

Yaxşı, bəs nə üçün çevriliş etməyi bacarmadılar? Bunu da MİT-in Azərbaycandakı vəzifəli şəxsi olan Ərtoğrul Güvən bir müsahibəsində belə anladır: “Azərbaycanda olacaq çevriliş haqqında xəbər verərək, Türkiyənin etibarını qurtardıq. Dəmirəl, bizim telefon etməyimizdən sonra Əliyevə zəng etdi.”

Bunun doğru olduğunu ata Əliyevin (Heydər Əliyev – tərc.) 06 may 1997-ci ildə TBMM-in kürsüsündən etdiyi çıxışdan öyrənirik: “1995-ci ilin mart ayında mən Kopenhagendə ikən bir plan qurmuşdular. Ölkəmə dönərkən hava limanında məni öldürüb, hakimiyyəti ələ alacaqdılar. Əziz dostum Süleyman Dəmirəl bir təhlükə gözlənildiyini mənə bildirdi. Məni bu günlərə gətirdiyi üçün sağ olsun.”

ABŞ və Qərb Azərbaycanı bu gün də Ermənistan vasitəsilə sıxışdırmaq istədi, lakin yenə bacara bilmədi. Azərbaycan, Türkiyənin də dəstəyilə, sön dövrdə həm daxildə, həm də xaricdə qurulan oyunu pozdu və yeni bir dövrün qapısını araladı.

Baydendən mədət uman müxalifət bir az keçmişə baxarsa, Türkiyənin bölgədə necə bir rol oynadığını və kimləri ürkütdüyünü görər.

Mahmut Övür

“Sabah”, Türkiyə, 19 noyabr 2020-ci il

Strateq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*