Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Azərbaycana dəstəyini ifadə etdibackend

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Azərbaycana dəstəyini ifadə etdi

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Təhlükəsizlik Şurası Katibinin Xidmətindən məlumat verilib.

O, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla bağlı xalqımıza dəstəyini və həmrəyliyini ifadə edərək, hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

R.Usubov başsağlığına və qardaş dəstəyinə görə Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinə minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*