Ərdoğan və həyat yoldaşı omikrona yoluxdubackend

Ərdoğan və həyat yoldaşı omikrona yoluxdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı ilə birlikdə COVID-19-un omikron ştamına yoluxub.

KONKRET.az  xəbər verir ki. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan koronavirusa yoluxub. Bu barədə o, öz Tvitter hesabında yazıb:

“Bu gün [xəstəliyin] yüngül simptomlarından sonra həyat yoldaşımla verdiyimiz COVID-19 testinin nəticəsi müsbət çıxdı” – deyə Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, ona və həyat yoldaşına koronavirusun omikron ştamı diaqnozu qoyulub. Ancaq xəstəliyi  yüngül keçirir.

Xatırladaq ki, Kanadanın Baş naziri Castin Trüdonun koronavirus testinin nəticəsi də müsbət çıxmışdı. O, özünü yaxşı hiss etdiyini deyərək, bütün vətəndaşları peyvənd olunmağa çağırmışdı.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*