Türkiyə Rusiya ilə kosmik sahədə əməkdaşlıq sazişi imzalaya bilərbackend

Türkiyə Rusiya ilə kosmik sahədə əməkdaşlıq sazişi imzalaya bilər

Türkiyə yaxın zamanlarda Rusiya ilə kosmik sferada əməkdaşlıq haqqında razılaşma imzalaya bilər.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım deyib.

Onun sözlərinə görə, kosmik tədqiqat yüksək texnologiyalar tələb edən, olduqca mürəkkəb və maliyyə tutumlu bir işdir və bu səbəbdən beynəlxalq əməkdaşlıq burada vacib rol oynayır:

“Biz hədəflərimizə uyğun olaraq müvafiq ölkələrlə ikitərəfli münasibətlər və müəyyənləşdirdiyimiz beynəlxalq təşkilatlarla çoxsaylı əlaqələr qururuq. Artıq müxtəlif ölkələrlə, o cümlədən Rusiya ilə yaxın zamanlarda razılaşma imzalamağı planlaşdırırıq”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*