backend

Türkiyə Rusiyanın “referendum” planını pislədi

Türkiyə Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində “referendum” keçirilməsini pisləyir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, rəsmi Ankara Ukraynanın Rusiya tərəfindən ələ keçirilən ərazilərində “referendum” keçirilməsi cəhdlərindən narahatdır:

“Belə qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq”, – rəsmi açıqlamada bildirilir.

Qeyd edək ki, Ukraynanın Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərində Rusiyaya birləşmək üçün referendum keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*