Türkiyə səfiri Fransa XİN-ə çağırıldı: Ərdoğanın Makron haqqında söylədiyi sözlərə görəbackend

Türkiyə səfiri Fransa XİN-ə çağırıldı: Ərdoğanın Makron haqqında söylədiyi sözlərə görə

Rəcəb Tayyib Ərdoğanın Emanuel Makron haqqında söylədiyi açıqlamadan sonra Türkiyənin Fransadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Yelisey Sarayı Ərdoğanın bu fikirlərini Fransa prezidentinə qarşı təhqir kimi qiymətləndirib.

Qeyd edək ki, bu gün Ərdoğan Fransa prezidentinin noyabrın əvvəlində “The Economist” nəşrinə müsahibəsi zamanı NATO barəsində işlətdiyi “ölmüş beyin” ifadəsini şərh edərkən bildirib ki, bu cür ifadələr yalnız Makron kimi beyini ölü olanlar üçün uyğundur.

“Hörmətli Makrona Türkiyədən səslənirəm. Öncə sən ölmüş beyinini yoxlatdır”, -deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Makron eyni zamanda Türkiyənin Suriyada həyata keçirdiyi “Barış bulağı” hərbi əməliyyatını antiterror koalisiyaya qarşı təhdid kimi dəyərləndirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*