Türkiyədə FETÖ-yə qarşı növbəti ƏMƏLİYYAT: 31 nəfər saxlanıldıbackend

Türkiyədə FETÖ-yə qarşı növbəti ƏMƏLİYYAT: 31 nəfər saxlanıldı

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir.

KONKRET.az xəbər verir ki, növbəti belə əməliyyat FETÖ terror təşkilatının üzvlərinin saxlanılması məqsədilə İzmirdə keçirilib.

Şəhərin müxtəlif rayonlarında yerləşən 30 ünvanda paralel aparılan əməliyyatlar nəticəsində terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 31 nəfər saxlanılıb. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdikləri müəyyən olunub.

Saxlanılanların ünvanlarında aparılan axtarış zamanı böyük həcmdə maddi vəsait və rəqəmsal material aşkarlanaraq müsadirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*