Türkiyədə hərbi helikopter qəzası nəticəsində həlak olanların sayı 11-ə çatdı – YENİLƏNİB / VİDEObackend

Türkiyədə hərbi helikopter qəzası nəticəsində həlak olanların sayı 11-ə çatdı - YENİLƏNİB / VİDEO

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 11-ə çatıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Tatvanda qəzaya uörayan helikopterdəki qəhrəman silahdaşlarımızdan daha biri şəhid olub. Şəhid sayı 11-ə yüksəlib”, – nazirliyin açıqlamasında deyilir.

22:45

Türkiyədəki helikopter qəzasında ölənlərin sayı 10-a çatıb.

KONKRET.az xəbər verir ki, “Anadolu” Agentliyinin məlumatına görə, hadisə nəticəsində yaralanan hərbçilərdən biri xəstəxanada vəfat edib.

Qeyd edək ki, qəzada həlak olanlar arasında Türkiyə Quru Qoşunlarının 8-ci korpusunun komandanı general Osman Erbaş da var.

Mərhum generalın Türkiyədə hərbi PUA sənayesinin inkişafında xüsusi xidmətləri olduğu bildirilir. Bu barədə, məşhur zərbə PUA-larının yaradıcısı Səlcuk Bayraqdar özünün “Twitter” səhifəsində yazıb. Qəzanın səbəbləri hələ ki, açıqlanmayıb.

19:51

Türkiyənin Bingöl şəhərindən havaya qalxan hərbi helikopter Bitlisin Tatvan ilçəsində qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qəza nəticəsində 9 hərbçi həlak olub, 4-ü isə yaralınıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*