Türkiyədə meşə yanğını – 29 helikopter cəlb olundu / YENİLƏNİBbackend

Türkiyədə meşə yanğını - 29 helikopter cəlb olundu / YENİLƏNİB

Türkiyənin Mersin şəhərində baş verən meşə yanğın davam edir.

KONKRET.az xəbər verir ki, Gülnar rayonunda baş verən yanğına havadan və qurudan müdaxilə edilir. Güclü külək alovla mübarizəni çətinləşdirir.

Yanğının söndürülməsinə 29 helikopter, 11 təyyarə, 138 texnika və 712 canlı qüvvə cəlb olunub.

Ərazidən 450 nəfər təxliyə edilib.

Yanğın zamanı xəsarət alan 9 nəfərdən 7-nin xəstəxanalardan birində müalicəsi davam edir.

Bölgəyə ətraf əyalətlərdən də gücləndirmə qrupları göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*