Türkiyədə Montrö anlaşmasını dəstəkləyən admirallar SAXLANILDIbackend

Türkiyədə Montrö anlaşmasını dəstəkləyən admirallar SAXLANILDI

Türkiyə polisi Montrö razılaşmasını müdafiə edən kollektiv məktuba imza atanlar arasında yer alan 10 ehtiyatda olan admiralı saxlayıb.

KONKRET.az xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb. Məlumata görə, məktuba imza atan daha 4 admiral prokurorluğa dəvət olunub.

Qeyd edək ki, bundan öncə ehtiyatda olan 103 admiral Montrö razılaşmasının Türkiyənin diplomatik qələbəsi olduğu, onun Bosfor və Dardanel boğazlarında suveren haqlarını bərpa etdiyini, İstanbul Kanalı layihəsi sayəsində razılaşmaya yenidən baxılması ilə bağlı diskussiyaların qəbuledilməz olduğunu bildirən açıq məktub yaymışdılar. Məktubda həmçinin admirallar Türkiyənin hazırkı Konstitusiyasına dəyişikliklərin edilməməsi və Türkiyənin Atatürk ideyalarından uzaqlaşmaması gərəkdiyini bildirmişdilər. Admiralların məktubuna Türkiyə iqtidarı tərəfindən sərt reaksiya verilmişdi.

Bir müddət əvvəl Türkiyə hökuməti rəsmən İstanbul Kanalı layihəsinin Montrö konvensiyasına mane olmayacağını və Türkiyənin bu razılaşmadan imtina etməyəcəyini açıqlamışdı.

Montrö razılaşması 1936-cı ilə bağlanılıb. Razılaşmaya əsasən, sülh və savaş dövründə boğazlardan bütün ölkələrin ticarət gəmilərinin keçidinə izn verilir. Hərbi gəmilərə gəlincə isə Qara dəniz sahilində yerləşməyən ölkələrin gəmilərinə bu dənizdə qalmaqda müəyyən məhdudiyyətlər müəyyən edilib. Razılaşmanın ən əsas məqamı boğazların tam olaraq Türkiyənin nəzarətinə keçməsi olub./axar/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*