Türkiyənin Batman şəhərinin Sason rayonunda tələbələrlə tekstil fabriki işçilərini daşıyan avtobus 300 metrlik uçurumdan aşıb.
KONKRET.az “Hürriyet”ə istinadən xəbər verir ki, səhər saatlarında baş verən qəza nəticəsində 2 nəfər həyatını itirib, 5-i ağır vəziyyətdə olmaqla 27 nəfər yaralanıb.
Həlak olan iki nəfərin qardaş və tələbə olduqları müəyyən olunub.
Hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub. Yaralıların hamısı xəstaxanaya yerləşdirilib.

