Türkiyədə zəlzələ baş veribbackend

Türkiyədə zəlzələ baş verib

Antalyada 3,5 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Məlumatda deyilir ki, yeraltı təkanlar Qazipaşa ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 32,63 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, zəlzələ Antalyada Diplomatik Forumun öz işinə başladığı günə təsadüf edib. Forumda 20-dən çox dövlət və hökumət başçısının, 90-a yaxın nazirin, o cümlədən 60-dan çox xarici işlər nazirinin, eləcə də 80-ə yaxın beynəlxalq təşkilat nümayəndəsinin iştirakı gözlənilir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*