“Türkiyədən yunan adalarına turist axını artıb” – KİVbackend

"Türkiyədən yunan adalarına turist axını artıb" - KİV

“Türkiyədən Yunan adalarına turist axını artıb”.

KONKRET.az xəbər verir ki,  bu barədə Yunanıstanın “Katimerini” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, 2023-cü illə müqayisədə artım 5 dəfədən artıq olub. Belə ki, turistlərin sayı bir ildə 5969-dan 20690-a çatıb. Üstəlik, bu rəqəmlər 2024-cü ilin aprel ayının ilk 10 günündə Yunan adalarına edilən səfərlərə aiddir.

Türkiyə mətbuatı yazır ki, son vaxtlar Yunanıstan adalarına səfər etmək üçün keçid məntəqəsi vizalarının tənzimlənməsi təsirli olub.

O da diqqət çəkir ki, Türkiyədə turizm məkanı sayılan məşhur adalar olsa da, türk turistlər Yunanıstan adalarına getməyə üstünlük verirlər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*