Türkiyənin sahil mühafizəçiləri 283 miqrantı XİLAS ETDİ – VİDEObackend

Türkiyənin sahil mühafizəçiləri 283 miqrantı XİLAS ETDİ - VİDEO

Türkiyə Daxili İşlər Nazirliyi Sahil Mühafizə Komandanlığının əməkdaşları Antalyanın Kaş rayonunda qayığın batma təhlükəsi ilə bağlı çağırışı nəticəsində 283 qanunsuz miqrantı xilas ediblər.

KONKRET.az “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə yaxınlıqdakı ticarət gəmisi göndərilib. Sahil Mühafizəsinin 4 kateri də səfərbər edilib.

Yardım çağıran qayıq PUA tərəfindən aşkar edilib.

Axtarış-xilasetmə tədbirləri nəticəsində aralarında qadın və uşaqların da olduğu 283 qeyri-qanuni miqrant qayıqdan ticarət gəmisinə köçürülüb.

Mühacirlərin olduğu ticarət gəmisi Sahil Mühafizəsi Komandanlığının qayıqlarının müşayiəti ilə Antalyaya yönləndirilib.

Onların hansı ölkənin vətəndaşları olduqları barədə məlumat yayılmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*