Türkiyəyə gələn turistlər arasında birinci yeri Rusiya tuturbackend

Türkiyəyə gələn turistlər arasında birinci yeri Rusiya tutur

Türkiyə koronavirus pandemiyasına baxmayaraq ötən il 175 ölkədən 3,5 milyondan çox turist qəbul edib.

KONKRET.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi bir sıra qurumlarla əməkdaşlıq edərək iyun ayının əvvəlindən etibarən Türkiyədə turizm mövsümünün açılmasına şərait yaratdı.

Həyata keçirilmiş tədbirlər çərçivəsində turizm sənayesində fəaliyyət göstərən müəssisələr üçün “Təhlükəsiz Turizm Sertifikatı” almaqla bağlı məcburiyyət qoyuldu.

Bu çərçivədə COVID-19-dan yerli və xarici turistləri qorumaq üçün təyyarələrdən hava limanına, lobbidən restorana, otaqlardan çimərliyə qədər hər sahədə tədbirlər görüldü. Türkiyənin “turizm paytaxtı” hesab edilən Antalya etibarlı bir tətilin ünvanı oldu.

Türkiyəyə gələn turistlər arasında birinci yeri Rusiya tutur

Bildirilir ki, 2020-ci ilin iyulun 1-də Ukrayna ilə, avqustun 10-da isə Rusiya ilə aviareyslər açıldı. Rusiya ilə aviareyslərin açıldığı ilk gün 519 turist Rusiyadan Türkiyəyə gəlib. Pandemiya dövründə həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində Antalyaya ABŞ-dan, Balkan ölkələrindən, Avropadan, Asiyadan, ümumilikdə 175 ölkədən 3 milyon 512 min 910 turist gəlib. Belə ki, Rusiyadan 1 milyon 509 min 648 nəfər, Ukraynadan 557 min 765 nəfər, Almaniyadan 346 min 319 nəfər, İngiltərədən 211 min 881 nəfər, Ruminyadan 44 min 526 nəfər, Qazaxıstandan 39 min 834 nəfər, Hollandiyadan 27 min 987 turist gəlib.

Xatırladaq ki, koronavirus pandemiyasına görə dünyada turizm sektoruna bütövlükdə 935 milyard ABŞ dolları məbləğində zərər dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*