Türkiyənin “Trabzonspor” futbol klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.
KONKRET.az-ın məlumatına görə, Qara dəniz təmsilçisi bu barədə rəsmi “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda “Dağ sizsiniz, torpaq biz, qanad sizsinizsə, yarpaq bizik. Türkiyəyik, Trabzonuq, Azərbaycanıq!” – yazılıb.
