Türkmənistanda prezident seçkilərində 97,12% seçici səs verdibackend

Türkmənistanda prezident seçkilərində 97,12% seçici səs verdi

Türkmənistanda növbədənkənar prezident seçkiləri başa çatıb.

KONKRET.az Türkmənistan Mərkəzi Seçki Komisiyasına (MSK) istinadən xəbər verir ki, yerli vaxtla saat 19:00-da seçki məntəqələri bağlanıb.

MSK-nın məlumatına görə, seçicilərin 97,12 faizi səsvermədə iştirak edib.

Xatırladaq ki, Türkmənistan prezidenti 7 il müddətinə seçilir. Yeni prezidentinin andiçmə mərasimi martın 19-da keçiriləcək.

Prezident vəzifəsinə 9 nəfər – üçü siyasi partiyalardan, altısı isə vətəndaşların təşəbbüs qruplarından namizədliyini irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*