Üçüncü dünya müharibəsi bu 4 istiqamətdən başlayacaq – ŞOK PROQNOZbackend

Üçüncü dünya müharibəsi bu 4 istiqamətdən başlayacaq – ŞOK PROQNOZ

“The Sun” qəzeti üçüncü dünya müharibəsinin 4 istiqamətdə başlaya biləcəyinə dair məqalə yayımlayıb. Məqalə müəlliflərinin fikrincə, üçüncü dünya müharibəsi Tayvan adasında, Hindistanla-Pakistan arasında Kəşmir uğrunda, Hörmüz boğazı üzərində nəzarətə görə və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələr nəticəsində başlaya bilər.

Politoloq Elxan Şahinoğlu KONKRET.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Hindistan və Pakistan nüvə silahına malikdir. Bu iki dövlət arasındakı gərginlik yarandıqları tarixdən davam edir. Hətta iki dvlət arasında də olub, lakin Kəşmir ixtilafı bugünə qədər həllini tapmayıb: “Buna baxmayaraq Dehli və İslamabad “qırmızı çizgiləri” aşmamağa çalışırlar, gərginlikdən sonra təmaslara da baş vururlar. Yəni hər iki dövlət müharibə ehtimalını azatlmaq üçün dialoq imkanlarından yararlanırlar. İran zaman-zaman Hörmüz boğazını bağlayacağına dair açıqlamalar səsləndirir. Bu çağırışlar Hörmüz boğazından neft daşıyan ərəb ölkələrini və ABŞ-ı narahat edir. Ancaq bu vaxta qədər Tehran boğazı bağalayacaq qədər risqli addım atmayıb. Çünki bunun İrana baha başa gələcəyini anlayır. Bu baxımdan üçüncü dünya müharibəsinin Hörmüz boğazından başlaya biləcəyi ehtimalı da yüksək deyil. Buna baxmayaraq, İranın nüvə çalışmalarını davam etdirməsi və ABŞ-ın, İsrailin bundan ciddi narahat olması bölgədə müharibə risqini azaltmır”.

İrəvan bu cəsarətə sahib deyil” – Elxan Şahinoğlu

Politoloqun sözlərinə görə, nüvə silahına malik Şimali Koreya qapalı və avtoritar ölkədir: “70 ildən çoxdur ki, Şimali Koreyanı idarə edən ailə zaman-zaman Ameirkanı və qonşusu Cənubi Koreyanı nüvə silahı ilə hədələsə də, son anda dialoqa üstünlük veriblər. Əlbəttə, nüvə silahına sahib avtoritar ölkənin hansı addım atacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Ancaq Pxenyan qonşusuna nüvə silahı atarsa, Amerika Şimali Koreyanı yox edəcək. Başqa dövlətlərin, nüvə silahını birinci işlədən Şimali Koreyanın köməyinə tələsəcəyini söyləmək çətindir. Regional və qlobal müharibənin Tayvan adası ilə bağlı olacağı ehtimalı daha yüksəkdir. Çin bu adanı ələ keçirməyə çalışır. ABŞ isə adanı qoruyur və işğal baş verərsə, Vaşinqton Çinə qarşı cavab aksiyası həyata keçirmək məcbuyyətində qalacaq. Bu savaşda Amerikanın müttəfiqləri olan Hindistan, Avstraliya və Yaponiya da seyrçi qalmayacaq. Çünki, Çinin Tayvanı ələ keçirməsi, bu 3 ölkənin təhlükəsziliyinə də ciddi xələl gətirəcək. Çinin müttəfiqləri çox deyil, strateji tərəfdaşı Rusiya uzaq Tayvan adasına görə Amerikaya qarşı müharibəyə başlamayacaq. Buna baxmayaraq, Tayvan uğrunda Pekin-Vaşinqton qarşıdurması və regional müharibəsi Kremli çətin seçimə sürükləyəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*