Ukraynada bazar günü 03:00-da vaxt bir saat irəli çəkilib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ali Rada qərar qəbul edib.
Ali Rada spikerinin birinci müavini Ruslan Stefançuk bunun Rusiya faktoru ilə əlaqələndirilməsinin düzgün olmadığını deyərək, fikrini geosiyasi baxımdan əlaqələndirib. APA
O bildirib ki, Ukrayna ərazisinin 95% -i UTC + 2 saat qurşağı məkanında yerləşir.
Qeyd edək ki, Ukraynada ildə iki dəfə mövsümi saat dəyişikliyi olurdu.
Xatırladaq ki, Ukraynada ilk dəfə saatın əqrəbi 1981-ci ildə 1 saat irəli çəkilib.
