Ukrayna erməni əsilli müğənnini “qara siyahı”ya SALDIbackend

Ukrayna erməni əsilli müğənnini “qara siyahı”ya SALDI

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) təqdimatı əsasında Rusiyanın Xalq artisti Filipp Kirkorovu milli təhlükəsizliyə təhdid yaradan şəxslər siyahısına daxil edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Kirkorovun “qara siyahı”ya daxil edilməsinin səbəbləri açıqlanmır. Onun adının yanında 23 iyun 2021-ci il tarixi göstərilir. Müvafiq siyahını qurum SBU-nun təqdimatına əsasən vaxtaşırı yeniləyir.

Kirkorovdan başqa, yenilənən siyahıda 201 mədəniyyət xadiminin adı var.

Qeyd edək ki, Filipp Kirkorov 2008-ci ildə ölkənin keçmiş Prezidenti Viktor Yuşenko tərəfindən Ukraynanın Xalq artisti fəxri adına layiq görülüb.

Daha əvvəl F. Kirkorov Litvanın “qara siyahı”sına salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*