Ukrayna HHQ Krıma zərbələr endirdibackend

Ukrayna HHQ Krıma zərbələr endirdi

Ukrayna Hərbi Hava Qüvvələri gecə saatlarında Krıma ATACMS raketlərindən zərbələr endirib.

KONRKET.az-ın xəbərinə görə, sakinlər “unn.ua”nın müxbirinə güclü partlayış səslərinin eşidilyini bildiriblər. Buraxılan 4 raketdən ikisi hədəflərə dəyib, ikisi isə zərərsizləşdirilib.

O da bildirilir ki, atılan 13 raketdən bir neçəsi Saki hərbi aerodromuna düşüb. Eyni zamanda Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərindən biri sıradan çıxarılıb.

Əraziyə dərhal təcili yardım avtomobilləri cəlb olunub. Ölən və yaralanların sayı barədə informasiya verilməyib. Bununla yanaşı, Simferopol ərazisi də raketlərin hədəfində olub.

Qeyd edək ki, tərəflər baş verənlərlə bağlı şərh verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*