“İşçi alt qruplarda əlavə fəaliyyət və anlayışların aydınlaşdırılması üçün danışıqlarda sabaha qədər texniki fasilə verilib”.
KONKRET xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
“Danışıqlar davam edir…”, – o əlavə edib.
***
13:03
Ukrayna ilə Rusiya arasında danışıqlar başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak məlumat verib. O, Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundunun başlandığını elan edib.
“Danışıqlar. 4-cü raund. Sülh, atəşkəs, bütün qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında. Çətin söhbət. Rusiya Federasiyası təcavüzkar hərəkətlərinin bütün absurdluğundan xəbərdar olsa da, 19 günlük zorakılığa qarşı illüziya altında qalır, onlara görə, mülki şəhərlər strategiyanın düzgün seçimidir”, – deyə Podolyak bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
