Ukrayna NATO-nun Madriddə keçiriləcək sammitinə rəsmi dəvət alacaq, lakin Volodimir Zelenskinin ora gəlib-gəlməyəcəyi “son dəqiqəyə qədər” məlum olmayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Europa Press agentliyi məlumat yayıb.
Agentliyin fikrincə, Zelenskinin səfəri Ukraynadakı münaqişənin inkişafından və onun ölkəni tərk edə bilməsindən asılı olacaq.
Xatırladaq ki, NATO sammiti iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək.
Roman Göytürk,
KONKRET.az
