Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib:
“Tərəflər müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər”.
19:51
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna-Rusiya danışıqlarının ikinci raundunun gündəliyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, M. Podolyak “Twitter” hesabında etdiyi paylaşımında Ukrayna tərəfinin görüşlə bağlı gündəliyində üç istiqamətin olduğunu qeyd edib.
Bildirib ki, bunlar döyüşlərin dərhal dayandırılması, atəşkəs razılaşması və dağılmış, həmçinin davamlı olaraq atəşə məruz qalan kənd və şəhərlərdən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasıdır.
19:01
Ukrayna-Rusiya danışıqları başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak söyləyib.
Xatırladaq ki, danışıqlar Belarusun Brest vilayətində keçirilir.
