Ukrayna: “Rusiyanın böyük desant gəmisi məhv edildi”backend

Ukrayna: “Rusiyanın böyük desant gəmisi məhv edildi”

Ukrayna Baş Qərargahı Rusiyanın Qara Dəniz Donanmasına aid böyük “Sezar Kunikov” desant gəmisini məhv etdiklərini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Baş Qərargahdan verilən yazılı açıqlamada bildirilir ki, Rusiya Qara Dəniz Donanmasına aid böyük “Sezar Kunikov” desant gəmisi Ukrayna Silahlı Qüvvələri ilə Baş Kəşfiyyat İdarəsi bölmələrinin əməkdaşlığı ilə vurulub.

Açıqlamada məhv edildiyi zaman gəminin Krımın Alupka qəsəbəsi yaxınlığında Ukrayna ərazi sularında olduğu qeyd edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*