Ukraynada məşhur rus generalı öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə brifinqdə Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib. O bildirib ki, martın 18-də Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının işğal etdiyi Xerson vilayətinin Çernobaevka aerodromuna yenidən hücum edib.
Ukrayna Silahlı Qüvvələrinin aviasiyası Rusiya ordusunun komanda məntəqəsini darmadağın edib. Həmin an orada RF Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci birləşmiş silahlı ordusunun komandiri olub.
Arestoviç qeyd edib ki, hava zərbəsi nəticəsində qvardiya general-leytenantı Andrey Mordviçev, eləcə də bir neçə digər rus generalı həlak olub.
Xuraman Etibarlı,
KONKRET.az
