Ukraynada müharibə uzansa, Putin nüvə silahından istifadə edə bilər – ABŞ KƏŞFİYYATI – ÖZƏLbackend

Ukraynada müharibə uzansa, Putin nüvə silahından istifadə edə bilər - ABŞ KƏŞFİYYATI - ÖZƏL

“Ukraynanın müqaviməti və iqtisadi sanksiyalar Rusiyanın yeni texnologiyalarla idarə olunan döyüş sursatları istehsal etmək qabiliyyətini məhv edir”.

KONKRET.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında bildirilib.

“Ukrayna ərazisinin bir hissəsinin uzun müddət işğalı Rusiya qoşunlarının tükənməsi və onların modernləşdirilmiş silah arsenalının azalması təhlükəsi yaradır. Eyni zamanda iqtisadi sanksiyalar Rusiyanı uzunmüddətli iqtisadi depressiyaya və diplomatik təcrid vəziyyətinə sala bilər” – Müdafiə Kəşfiyyatının direktoru, general-leytenant Skott Barrier deyib.

“Ukraynanın güclü müqaviməti və iqtisadi sanksiyalar Rusiyanın müasir dəqiqliklə idarə olunan hərbi sursatlar istehsal etmək qabiliyyətini məhv edir. Bu müharibə və onun nəticələri yavaş-yavaş Rusiyanın gücünü itirməsinə gətirib çıxarır. Ona görə də, Kreml həm daxili, həm də xarici auditoriyasına gücünü nümayiş etdirmək üçün daha çox nüvə arsenalına üz tutacaq” – Barrier vurğulayıb.

Qeyd edək ki, Pentaqon Prezident Co Bayden və Çinin dövlət başçısı Si Cinpin arasında baş tutacaq telefon danışıqları öncəsi risklərdən narahatdır.

ABŞ rəsmiləri Çinin müharibə ilə bağlı mövqeyini anlamağa çalışdığı bir vaxtda Bayden müharibəni dayandırmaq üçün Si Cinpindən Moskvaya təzyiqi artırmaqda kömək istəyəcək.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*