“Ukraynanı danışıqlardan imtina etməyə onlar məcbur etdi” – Putin AD ÇƏKDİbackend

“Ukraynanı danışıqlardan imtina etməyə onlar məcbur etdi” - Putin AD ÇƏKDİ

Rusiya prezidenti Vladimir Putin Ukraynanı danışıqlardan imytina etməyə məcbur edən qüvvənin adını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Rusiya lideri bu barədə iyulun 4-də ŞƏT-in iclasında danışıb.

Putin xatırladıb ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukrayna böhranı ilə bağlı danışıqlara həmişə hazırdır.

Məhz Ukrayna danışıqlardan imtina etdi və bunu London və Vaşinqtonun birbaşa göstərişi ilə etdi. Bu, o deməkdir ki, Ukrayna rəsmiləri özləri nəyisə həll etmək səlahiyyətində deyil”.

Bundan əvvəl Vladimir Zelenski ABŞ və Çinin Rusiya ilə danışıqlarda vasitəçi ola biləcəyini demişdi. Onun sözlərinə görə, hərbi əməliyyatlara son qoymaq üçün müəyyən ortaq mövqelər tapılmalıdır.

Orxan

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*