Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Bayraktar TB2-dən dünənki istifadəsinə münasibət bildirib.
KONKRET.az Rusiya mətbuatına istinadla xəbər verir ki, dünən Ukrayna ilk dəfə olaraq Donbasda Bayraktar TB2 pilotsuz uçan aparatlarından istifadə edib.
Qranitnoye kəndini atəşə tutan Rusiyaya məxsus D-30 haubitsa topu Bayraktar TB2 tərəfindən məhv edilib.
Dmitri Peskov buna münasibət bildirərək deyib:
“Bizim Türkiyə ilə həqiqətən də xüsusi, yaxşı münasibətlərimiz var, lakin bu halda, təəssüf ki, qorxularımız təsdiqlənir ki, Ukrayna hərbçilərinə bu cür silahların tədarükü potensial olaraq təmas xəttində vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara bilər.
Biz görürük ki, bu cür silahlar hərbçilərin əlinə keçən kimi onlardan Ukraynanın bu regionunda potensial olaraq istifadə oluna bilər və bu, yalnız sabitliyin pozulmasına gətirib çıxarır”.
Rusiya unudur ki, 30 il ərzində Ermənistanı silahlandırıb və bu silahlar nə vaxtsa istifadə olunmaq üçün alınıb.
Xuraman Etibarlı
KONKRET.az
