“Ukraynanın relyefi Rusiyaya ciddi çətinliklər yaşadır” – Britaniya kəşfiyyatıbackend

“Ukraynanın relyefi Rusiyaya ciddi çətinliklər yaşadır” - Britaniya kəşfiyyatı

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun zəif manevr qabiliyyətindən uğurla istifadə edərək rus qoşunlarının irəliləməsinin qarşısını alıb və onları ciddi itkilərə məruz qoyub.

KONKRET.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının Ukraynadakı müharibə ilə bağlı hesabatında deyilir.

Məlumata görə, Rusiya qoşunları əvvəlki kimi Ukraynanın relyefinə görə çətinliklərlə üzləşir. Əsasən yol şəbəkəsindən asılı olan ruslar yollardan kənarda manevrlər etməyə maraq göstərmir. Digər tərəfdən, Rusiyanın Ukraynanın hava məkanına hakimlik edə bilməməsi Rusiya aviasiyasının manevrlərini son dərəcə məhdudlaşdırır.

Hesabata görə, böyük ehtimal ki, dinc şəhərlərin bombardman edilməsi davam edəcək, bu isə qurbanların sayının artmasına və humanitar böhranın dərinləşməsinə səbəb olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*