Ukraynaya qaçan rusiyalı jurnalistin ETİRAFI: “Putin məni ölümdən qurtarıb”backend

Ukraynaya qaçan rusiyalı jurnalistin ETİRAFI: “Putin məni ölümdən qurtarıb

Rusiyalı jurnalist və publisist Aleksandr Nevzorov etiraf edib ki, vaxtilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin onu ölümdən xilas edib. Publisistin sözlərinə görə, Sankt-Peterburqun meri Anatoli Sobçak onu öldürmək istəyib.

KONKRET.az “glavred.info” saytına istinadən xəbər verir ki, Nevzorov “Qordon” nəşrinin baş redaktoru Alesya Batsman ilə müsahibəsində Putinə olan borcunu ödədiyini deyib.

“Mən bir səbəbə görə Putinin sirdaşı idim: o, mənim həyatımı xilas etmişdi. Bu iş tamamilə sənədləşdirilib və hər kəsə məlumdur. Bu, Anatoli Sobçakın dövründə olub. Mən həqiqətən Sankt-Peterburqun zavallı merinə informasiya müharibəsinin bütün ədəb qaydalarını və adətlərini pozaraq böhtan atırdım. Çünki kamançi idim. Heç bir qadağan olunan üsullarım yox idi”, deyə Nevzorov etiraf edib.

Jurnalist Sobçakın ondan qorxduğunu da sözlərinə əlavə edib: “Həmin vaxt sanki Smolnının dəhlizlərinə “kriminal” kimi gəlmişdim”.
Sankt-Peterburqun tanınmış banditləri Sobçaka deyiblər ki, məni iki saata aradan götürə bilərlər: “Və Sobçak buna icazə verib. Qəribədir ki, onların qətl “planı”nın qarşısını Putin alıb. O vaxt onun bir damla da olsun ağlı var idi”.

Jurnalist qeyd edib ki, buna görə uzun müddət Rusiya Federasiyasının başçısına borclu qalıb. Nevzorovun sözlərinə görə, prezidentin Şimal-Qərb üzrə nümayəndəsi onunla görüşə gələndə borcunu tamamilə ödəyib.

“O borcu artıq ödəmişəm, məni onunla artıq heç nə bağlamır. 2014-cü ildə Kımın ilhaqını qəti şəkildə qəbul etmədim. Ancaq təbliğat işinə görə mənə çoxlu pul təklif etdilər”, deyə Nevzorov vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko Aleksandr Nevzorovun və onun həyat yoldaşı Lidiya Nevzorovanın ölkə qarşısında müstəsna xidmətlərinə görə Zelenskinin fərmanı ilə Ukrayna vətəndaşlığını almaları barədə məlumat yayıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*