“Uşaq evində baxıcılardan biri qolumu kəsmişdi” – Doğuşdan etriafbackend

"Uşaq evində baxıcılardan biri qolumu kəsmişdi" - Doğuşdan etriaf

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş açıqlaması ilə diqqət çəkib.

KONKRET.az Teleqraf.com-a istinadən  xəbər verir ki, Doğuş “Katarsis” verilişində şəxsi həyatı haqqında danışıb: “Cənnəti uzaqda axtarmağa ehtiyac yoxdur. Onu övladlarının gözünə baxarkən görürsən. Mən hazırda o vəziyyətdəyəm. Çox xoşbəxtəm. Bəzən o qədər xoşbəxt oluram ki, qorxuram, Allah alar deyə. Xoşbəxtliyimi saxlamağa çalışıram”.

Müğənni uşaqlıq illərində yaşadığı çətinlikləri də dilə gətirib: “Hislərimi mahnılarıma yansıdıram. Hislərimi dostumla, valideynlərimlə paylaşan insan olmamışam. Allah rəhmət eləsin, problemli bir atam var idi. İçki içərdi, üzüldüyündə anamı döyərdi. Boksu sevirdi və məni əllərim qan içində qalana qədər qum torbasına vurdutdurardı. Məni, anamı döyərdi. Sonra anam ilə atam ayrıldı. Məni atama verdilər, Almaniyadan Türkiyəyə gəldik, Bursada yaşamağa başladıq. Dörd yaşım var idi, otellərdə qalırdıq. Bir gün baxdım ki, atam yoxdur. Ac idim və ilk dəfə onda oğurluq etdim. Bir qadın parkda uşaqlarına börək yedizdirirdi, əlindən börəki götürüb qaçdım. Həyəcandan börək əlimdən düşdü və onu qumlu yedim. Sonra atam məni nənəmin yanına apardı, oradan uşaq evinə göndərdilər. Yeddi yaşımda uşaq evindən qaçdım. Çünki orada işgəncələr görürdüm. Məni təkrar nənəm aldı. Mənə dedilər ki, anan və atan öldülər. Atam məni sevmirdi. Bir insan övladını sevmirsə, problem oradan başlayır.

Yaşadıqlarımı unutmuram. Uşaq evində baxıcılardan biri qolumu kəsmişdi.

Qapıda gözləyirdim ki, kimsə məni övladlığa götürsün. 11 yaşımda nənəmlə yaşayanda anam ilk dəfə mənə hədiyyə göndərdi. Anam bacımı Almaniyaya aparmışdı, məni yox. Hər zaman problemlər yaşayanda düşünürdüm ki, ona görə oldu. Məni də Almaniyaya apara bilərdi. İki ögey qardaşım da var. Atam küçələrdə idi, tapa bilmirdik. Onu illər sonra “Show” televiziyası tapdı və nənəmin yanına apardım. Onunla maraqlandım. Mən xaricdə olanda dünyasını dəyişdi”.

Doğuş 15 yaşında evlənmək istədiyini də etiraf edib: “15 yaşımda bir qızı dedi ki, evlənək. Sənin də yaşamağa yerin olar. Onun 14 yaşı var idi. Sonra atası qızı mənə verməkdən imtina keçdi. Məni döydülər, sonra məhkəmə baş tutdu. Üç ay həbs həyatı yaşadım və sonra sərbəst buraxdılar. Düşünürdüm ki, evlənim, ailəm olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*