Uşaqlar üçün Omikron təhlükəsi — Yoluxma artdıbackend

Uşaqlar üçün Omikron təhlükəsi — Yoluxma artdı

Cənubi Afrika Respublikasında (CAR) 5 yaşından aşağı uşaqlarda Omikron ştammına yoluxma sayında artım müşahidə edilib.

KONKRET.az xəbər verir ki, bunu Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutunun nümayəndəsi Vaasila Cassat deyib.

O bildirib ki, azyaşlılarda Omikrona yoluxma sayının kəskin artması narahatlığa səbəb olub:

“Hazırda pandemiya ilə bağlı xəstəxanalara müraciət 60 yaşdan yuxarı insanlardadır. İkinci yerdə isə 5 yaşından aşağı uşaqlarla bağlı müraciətdir. Bu artım daha əvvəl gördüklərimizdən çox fərqlidir”. /Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*