Uşaqlarda naməlum hepatit aşkarlandıbackend

Uşaqlarda naməlum hepatit aşkarlandı

Dünyanın 12 ölkəsində uşaqlar arasında mənşəyi məlum olmayan kəskin hepatitə yoluxma halları qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilat ümumulikdə 114 belə hadisənin qeydə alındığını açıqlayıb.

Mənşəyi məlum olmayan kəskin hepatitə bu günə qədər Böyük Britaniyada, İspaniyada, İsraildə, ABŞ-da, Danimarkada, İrlandiyada, İtaliyada, Niderlandda, Norveçdə, Fransada, Rumıniya və Belçikada rast gəlinib.

ÜST artıq kəskin hepatitdən bir ölüm halının qeydə alındığını da açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*