ÜST-dən COVID-19-la bağlı QORXUNC AÇIQLAMAbackend

ÜST-dən COVID-19-la bağlı QORXUNC AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Yardım departamentinin rəhbəri Mayk Rayan koronavirusu nəzarətə götürməyin qeyri-mümkünlüyünü açıqlayıb.

KONKRET.az haberglobal-a istinadən məlumat verir ki, o, bu barədə təşkilatın videokonfrans şəklində keçirdiyi toplantıda deyib.

Mayk Rayan xəstəliyin nə zaman bitəcəyini heç kimin təxmin etmədiyini qeyd edib:

“Bu, insanın ilk dəfə yoluxduğu yeni virusdur. Buna görə də, virusu nə zaman nəzarətə alacağımızı təxmin etmək çox müşkül məsələdir.

Bu virus həyatımızda həmişəlik qala bilər”.

ÜST-ün baş alimi Soumya Svaminathan isə koronavirusu nəzarətə götürmək üçün 4-5 il lazım olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*