“Omikron ştammının daha çox yayılması xəstəxanaya yerləşdirilən insanların və ölüm hallarının sayını artıra bilər”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri səsləndirib.
Dünyada yeni ştama yoluxma hallarının sayı artdıqca, xəstəxanaya yerləşdirilən xəstələrin və həyataını itirənlərin statistikası çoxala bilər. ÜST ekspertləri məhz bu cür məlumatların yaxın zamanlarda yayılacağını güman edirlər: “Omikron ştammının dəhşətli nəticələri haqda yaxın həftələrdə ətraflı məlumatlar verilə bilər. Bunun üçün infeksiyaya yoluxma və nəticələr arasında vaxt olmalıdır” – ÜST rəsmiləri əlavə ediblər.
“İndiyə qədər yalnız bir təsdiqlənmiş ölüm hadisəsi məlumdur. Belə ki, dünən Böyük Britaniyada koronavirusun omikron ştamından ilk xəstə həyatını itirib” – ÜST bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
