backend

Vaksindən nə qədər müddət sonra antitel səviyyəsi enir?

London Universiteti Kolleci vaksinasiyadan sonra antitellərin vəziyyəti ilə bağlı araşdırma edib.

KONKRET.az xəbər verir ki, araşdırmanın nəticələri “The Lancet” elmi jurnalında nəşr olunub.

Araşdırmanın nəticələrinə görə, tam vaksinasiya olunmuş şəxslərdə ümumi antitel səviyyəsi artıq 6 həftədən sonra azalmağa başlayır və 10 həftə ərzində 50%-dən çox enə bilər.

Mütəxəssislər 600 nəfərin məlumatlarını təhlil edib və belə bir nəticəyə gəliblər ki, “Pfizer” vaksininin iki dozasını qəbul edən şəxsdə antitel səviyyəsi “AstraZeneca” vaksinində qeydə alınan göstəricidən əhəmiyyətli dərəcədə çoxdur.

Bununla yanaşı, alimlər qeyd edir ki, antitel səviyyəsinin enməsi ilə bağlı kliniki nəticələr hələ ki, aydın deyil. Bu səbəbdən də burada koronavirusa qarşı mübarizə səviyəsinin enməsini deyə bilmərik.

Digər araşdırmaların nəticələrinə görə isə, vaksinlər COVID-19 infeksiyasının ağır formalarının qarşısını almaqda da effektiv olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*