“Bir çox rusiyalı şərhçi Dağlıq Qarabağdan olan qaçqınların Rusiya Federasiyasına kütləvi şəkildə köçməyə başlayacağından narahatdır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “Ridus” portalının jurnalisti Valentin Lazarev vurğulayıb. O, Kəlbəcəri tərk edən ermənilərin evləri yandırmalarını vəhşilik adlandırıb. V.Lazarev hesab edir ki, belə etmədən də Kəlbəcəri tərk etmək olardı və qarşı tərəfdə hiddət və kin doğuracaq hisslər yaranmazdı. Onun yazdığı yazıya verilən şərhlərdən aydın olur ki, Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşan ermənilərin Rusiyaya kütləvi axını ciddi sosial problemlər yaradacaq. O portaldakı məqaləsində ermənilərin törətdiyi yanğınlardan bəhs edən videolar da yerləşdirib. Eləcə də sosial şəbəkələrdə bu vandalizmi qınayan şərhləri də təqdim edib.
Natiq Səlim,
KONKRET.az
