backend

Vasif Talıbov oğlu ilə birgə Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO 

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib. 

KONKRET.az xəbər verir ki, “Naxçıvan xanı”nı Ali Məclisə sədrlik etdiyi vaxtlarda olduğu kimi böyük məmur ordusu müşayiət etməyib. Oğlu Seymur Talıbovla birgə Ulu Öndərin Naxçıvanda ucaldılan büstünü ziyarət edən “keçmiş xan”ın sadə geyim tərzi və əvvəlki dəbdəbəsinin olmaması diqqətdən qaçmayıb.

Xatırladaq ki, bu gün müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi böyük təntənə ilə qeyd edilib. Respublikanın bütün idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin məzarənı ziyarət edərək onun ruhuna ehtiramlarını bildiriblər.

Həmin fotonu təqdim edirik:

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*