VAXTI ÇATDI: “Fuad Muradova cinayət işi qaldırılmalıdır!” – İDDİAbackend

VAXTI ÇATDI: "Fuad Muradova cinayət işi qaldırılmalıdır!" - İDDİA

Əvəz Zeynallı

“Fuad Muradov özünü dünya azərbaycanlılarının prezidenti hesab edir. Bu balacaboylu adamın hələ hikkəsinə baxın!”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün youtube kanalında bildirib.

O daha sonra bunları deyib:

“İlham Əliyev burdakı azərbaycanlıların prezidentidir, mən də ki, dünyadakı azərbaycanlıların prezidenti”. İndi səni prezident edəcəklər. Darıxma! Və dünya azərbaycanlıları da hamısı bərbad gündə. Yazırlar, deyirlər. Eşidirik, görürük. Adamlar eyş-işrətlə məşğuldurlar. Adamlar mənə deyirlər ki, Avropadakı bizim səfirliklərimiz 44 gün müddətində işləməyib. Amma ermənilərin səfirləri gecə-gündüz manyak kimi işləyiblər, yazılar dərc eləyiblər, Azərbaycanın əleyhinə fəaliyyət göstəriblər. Bizimkilər də bizim insanlarımızdan belə qaçıblar. Ümumiyyətlə, Azərbaycan diasporu sırf yenidən qurulmalıdır. Və Fuad Muradov haqqında dərhal cinayət işi qaldırılmalıdır.

Özünün Azərbaycan Prezidentinin ailəsinə yaxın olduğunu iddia edir. Nə əlaqəsi var, qardaş?! Sən bunu üstünlük kimi necə qələmə verə bilərsən? Ona görə də Fuad Muradov da o gedənlərin arxasınca getməlidir və bax, ndi deyirik. Orada danışırlar, yazırlar, deyirlər. Yüz minlərlə pul behudə xərclənir. İndi deyirik, bunu on ildən sonra niyə həbs edirsiniz? İndi həbs edin də. 10 ildən sonra niyə cinayət işi açırsınız? İndi açın da. Hüquq-mühafizə orqanları onun üçündür. Dərhal araşdırın, baxın. Bu iddialar gerçək deyilsə, Fuad Muradov bu pulları otellərdə eyş-işrətlərə xərcləmirsə, onun Berlində dörd dənə böyük mağazası, restoranı yoxdursa, onu da Zaur adlı adam işlətmirsə, onu deyin. Deyin ki, elə bir şey yoxdur”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*