Vergidən yayınan “Eurocilima” MMC insanları necə aldadır? — Yüksək pul alırlar, amma “kombi” yenə işləmir…backend

Vergidən yayınan “Eurocilima” MMC insanları necə aldadır? - Yüksək pul alırlar, amma "kombi" yenə işləmir...

Bakıda “kombi” tipli istilik sistemlərinin təmiri servisini göstərən “Eurocilima” MMC şirkəti dələduzluqla məşğul olur.

KONKRET.az xəbər verir ki, sözügedən şirkətlə bağlı son vaxtlar ayrı-ayrı vətəndaşlar tərəfindən şikayətlər edilir.

Əvvəlcə şirkət vətəndaşlara çağırış əsasında əməkdaşlarını göndərərək, evlərdə istilik sistemlərini təmir etdirir, daha sonra isə vətəndaşlara qəbz təqdim etmədən yüksək məbləğdə pul tələb edir.

Şirkət əməkdaşlarının “təmir etdikləri” istilik sistemləri bir neçə saatdan sonra sıradan çıxırsa, onlar aldıqları vəsaiti geri qaytarmamaq üçün bunun günahını vətəndaşın üzərinə yıxmağa çalışırlar.

Şikayətçilərin sözlərinə görə, “Eurocilima” MMC-nin qeyri-peşəkar ustaları tərəfindən onlara maddi zərər vurulub.

Vətəndaşlar deyir ki, “Eurocilima” MMC-nin ustalarının göstərdiyi bahalı xidmətin müqabilində onlardan alınan vəsaitin qəbzi belə təqdim edilmir.
Təkcə bu fakt sübut edir ki, “Eurocilima” MMC-nin fəaliyyəti şəffaf deyil və bu şirkət vergidən yayınır.

Vətəndaşlar göstərilən xidmətdən narazı qalmaları barədə “Eurocilima” MMC-nin Fuad adlı təmsilçisinə və şirkətin “*5252” “qaynar xətt”inə bildiriblər.

Şikayətçilər ya onlardan alınan vəsaitin geri qaytarılmasını, yaxud da istilik sisteminin normal təmir edilməsini tələb edirlər.

Eyni zamanda vətəndaşlar “Eurocilima” MMC-nin dələduzluq fəaliyyətinin araşdırılması üçün Daxili İşlər Nazirliyinə və digər müvafiq qurumlara şikayət ünvanlayıblar. demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*