Vətəni qorumağa hazıram: işğaldan azad edilən torpaqlarımızda sərhəd zastavalarıbackend

Vətəni qorumağa hazıram: işğaldan azad edilən torpaqlarımızda sərhəd zastavaları 

Azərbaycanın Silahlı Qüvvələrinin azad etdiyi Zəngilan və Cəbrayıl rayonlarının İranla sərhəd ərazilərində sərhəd zastavaları işə başlayıb.

KONKRET.az xəbər verir ki, Azərbaycanın Ordusunun erməni işğalından azad etdiyi Zəngilan və Cəbrayıl rayonlarının İranla sərhəd ərazilərində dörd yeni sərhəd zastavası işə başlayıb.

Sərhədçilərimiz Soltanlı, Xələfli, Xudafərin və Qumlaq zastavalarında Azərbaycanın üçrəngli bayraqlarını dalğalandıraraq xidmətə başlayıblar.

Zastavaların olduğu ərazilərə işıq xətləri çəkilir, yollarda yaşayış məntəqələrinin əzəli adları göstərilən lövhələr quraşdırılır.

Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda əks-hücum əməliyyatları başlandıqdan sonra Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının 200-dən çox yaşayış məntəqəsi erməni işğalından azad edilib. Həmçinin bildirilir ki, sərhəd boyu 132 km-lik ərazi də artıq Ordumuzun tam nəzarəti altındadır. sputnik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*