Vəzifədən azad edilən Qasparyan Baş Qərargah rəisi kimi İŞƏ ÇIXDIbackend

Vəzifədən azad edilən Qasparyan Baş Qərargah rəisi kimi İŞƏ ÇIXDI

General-polkovnik Onik Qasparyan martın 18-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına işə çıxıb.

KONKRET.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” öz mənbəyinə istinadən yayıb.

Onun hazırda Baş Qərargahda olduğu bildirilib.

Qeyd edək ki, məhkəmə Qasparyanın xeyrinə qərar qəbul etsə də, Ermənistan hökuməti bu gün onun Baş Qərargah rəisi vəzifəsindən azad olunduğu ilə bağlı bəyanat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*