“Vəziyyət çox ciddidir” – Belarusda müharibə dövrü hazırlıqlarına BAŞLANDIbackend

"Vəziyyət çox ciddidir" - Belarusda müharibə dövrü hazırlıqlarına BAŞLANDI

Lukaşenko dövlətin müdafiəsinə müharibə dövrü normalarına uyğun hazırlığa başlamağı tapşırıb.

KONKRET.az BELTA -ya istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko yenidən xalq milislərindən danışıb. Agentlik xəbər verir ki, müasir şəraitdə və ölkədə yaranan situasiyada Lukaşenko hərbi təlimlər sahəsində sadələşdirməni qadağan edib.

Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçə müraciət edən Lukaşenko vəziyyətin çox ciddi və hətta təhlükəli olduğunu deyib.

“Biz heç bir halda arxayınlaşmamalıyıq. Qorxmamaq və ordunun hazırlığını yoxlamaqda davam etməliyik. Xüsusən də hərbi hissələrə “müharibə standartlarına uyğun” xəbərdarlıq edilərək, qeydiyyatda olanların cəldliyini yoxlamaq məqsədilə səfərbər etməliyik. Lukaşenko eyni şeyi ərazi müdafiə qoşunlarının yoxlanılması ilə bağlı da deyib.

Lukaşenko daha sonra vurğulayıb ki, Belarusda xalq milisləri hələ də formalaşma mərhələsindədir. Ona görə də bu tip qoşunların işlənib hazırlanması və sınaqdan keçirilməsi xüsusilə vacibdir.

O, Təhlükəsizlik Şurasının dövlət katibinə bütün bu məsələləri unutmamağı və nəzarətdə saxlamağı tapşırıb.

Xatırladaq ki, bir qədər əvvəl Lukaşenkonun xalq milislərinə 57 minə yaxın belaruslu toplaya biləcəyi məlum olmuşdu. Bundan əlavə, məlum olub ki, Lukaşenko milli təhlükəsizliklə bağlı açıq konsepsiya istəyir. Lukaşenko Prezident Administrasiyasını informasiya müharibəsində yol verdiyi nöqsanlara görə tənqid edib və xəbərdarlıq edib: “Saxta məlumatlarr olmasın!”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*