Vəziyyəti ağır olan koronaviruslu xəstələrin sayı azaldı – TƏBİBbackend

Vəziyyəti ağır olan koronaviruslu xəstələrin sayı azaldı - TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 27-nə olan statistik göstəriciləri açıqlayıb.

KONKRET.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 956 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 148 nəfər reanimasiyada, 11 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 35 844 nəfər virusa yoluxub, 33 364 nəfər sağalıb.

Bu gün 6 422 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 898 492 test aparılıb.

Qeyd edək ki, bu gün 137 koronavirusa yoluxma faktı qeydə alınıb, 83 nəfər sağalıb, 2 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*