Vilayət Eyvazov özünü yandıran polisi İŞDƏN ÇIXARDIbackend

Vilayət Eyvazov özünü yandıran polisi İŞDƏN ÇIXARDI

Özünü yandıran polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

KONKRET.az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Fətiyev Miri Bəxtiyar oğlu vəzifəsindən azad olunub.

Qeyd edək ki, keçən ilin dekabr ayında rayonun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üzərində gəzdirdiyi yanacağı üstünə tökərək özünü yandırmağa cəhd edib.

Yanında olan polis əməkdaşları tərəfindən vaxtında müdaxilə edildiyindən yanğın söndürülüb. Yüngül yanıq xəsarətləri alan M.Fətiyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*