Rusiyanın Voronej şəhərinin Lenin küçəsində yerləşən “Çayxona” kafesində partlayış baş verib.
KONKRET.az xəbər verir ki, insident nəticəsində kafenin şüşələri sınıb. Hadisə yerinə gələn fövqəladə hallar xidmətlərinin əməkdaşları zərərçəkənlərlə bağlı məlumatı dəqiqləşdirir.
Bundan öncə Krasnodar diyarının Apşeron rayonundakı “Vodoley” turbazasında partlayış barədə məlumat verilib. Yanğın sahəsi 500 kvadratmetr ərazini əhatə edib. Bir sakin xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Xatirə SADİQ,
KONKRET.az